Ermənistan

KTMT-nin qərarlarına mane olmuruq, lakin… - Paşinyan

26 Mart 2024 15:37
Baxış: 861
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim qiymətləndirməmizə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yunanıstanın "Katimerini" nəşrinə müsahibəsində deyib.

"Biz KTMT-də iştirakımızı mahiyyətcə dondurmuşuq. 2023-cü ilin sentyabrından bu günə kimi bu qurumda daimi nümayəndəmiz yoxdur. KTMT-nin yüksək səviyyəli tədbirlərində iştirak etmirik. Biz KTMT-nin qərarlarına mane olmuruq, lakin onlarda iştirak da etmirik", - Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, Ermənistan bütün tərəfdaşları ilə qarşılıqlı faydalı münasibətlərin qurulmasına və inkişafına açıqdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.