Ermənistan

Simonyan qohumunu Parisə aparmaq üçün parlamentdə işə götürüb

22 Mart 2024 10:55
Baxış: 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan parlamentinin spikeri Alen Simonyan milyonçu qohumunu özü ilə Parisə aparmaq üçün parlamentdə işə götürüb.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə yerli "Joğovurd" nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan parlamenti spikerinin sərəncamlarını araşdırıb və proses zamanı çox maraqlı detallar aşkar olub. Alen Simonyan milyonçu qohumunu Parisə səfər edəcək parlament nümayəndə heyətinə daxil etmək üçün onun parlamentdə işləməsini təşkil edib.

Hadisə 2021-ci ildə baş verib və söhbət spikerin yaxın qohumu Edqar Avakyandan gedir.

Həmçinin əlavə olunub ki, Avakyan 2021-ci ilin noyabrı ayından 2022-ci ilin yanvar ayına kimi parlamentin protokol şöbəsində kiçik mütəxəssis kimi qeydiyyatdan keçib və bu barədə məlumat parlamentin bir sıra əməkdaşları tərəfindən rəsmi şəkildə təsdiqlənib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.