Ermənistan

Ermənilərin "Artsax"la bağlı tədbiri ixtisara salındı - FOTO

5 Mart 2024 20:25
Baxış: 1 096
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verildiyi kimi, ermənilər martın 6-da Berlində "Artsaxın mədəni irsi" adlı kitabın təqdimatı məqsədilə geniş tədbir keçirməyi planlaşdırırdılar.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a bildirilib ki, bu gün - martın 5-də tədbirin onlayn keçiriləcəyi barədə məlumat yayılıb. Məqsəd guya təqdimatın təhlükəsizlik şəraitində keçirilməsini təmin etməkdir.

Qeyd edək ki, Avropada yaşayan azərbaycanlılar və diaspor təşkilatları təqdimat mərasimində iştirak etmək üçün qeydiyyata düşmək məqsədilə davamlı olaraq müraciətlər edib və tədbirin qarşısının alınması üçün ciddi cəhd göstəriblər.

Berlində "Artsaxın mədəni irsi" adlı kitabın təqdimat mərasiminin istənilən səviyyədə baş tutmaması Azərbaycan diasporunun fəallığının nəticəsidir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.