Ermənistan

Papikyan: Ordudakı qeyri-döyüş ölümlərinin səbəbləri...

3 Fevral 2024 11:42
Baxış: 814
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim səylərimizə baxmayaraq, orduda qanundankənar münasibətlər ("dedovşina") nəticəsində ölüm halları hələ də qeydə alınır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində deyib.

"2024-cü ildə məqsədimiz belə halların sayını sıfıra endirmək olacaq. "Dedovşina" ilə bağlı halların olması faktından qaçmırıq. Problemin kökünü müəyyən etmək üçün həll yolu axtarırıq və digər orqanlarla əməkdaşlıq edirik. Bu ardıcıl iş öz nəticəsini verəcək.

Hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olması ciddi problemdir. Eyni zamanda, statistikaya yol-nəqliyyat hadisələri nəticəsində hərbi qulluqçular arasında itkilərin sayı (2023-cü ildə 12, 2022-ci ildə 17 hadisə) daxildir", - Papikyan əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.