Ermənistan

Ermənistanda fəxri adlar ləğv edilir

12 Yanvar 2024 15:35
Baxış: 771
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda fəxri adlar ləğv ediləcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Ermənistan parlamentinin Dövlət və Hüquq məsələləri üzrə Komissiyası ölkədə mədəniyyət xadimlərinin fəxri adlarının ləğvi ilə bağlı qanunvericilik paketini təsdiqləyib.

Qanunvericilik paketini təqdim edən Ermənistan ədliyyə nazirinin müavini Armeniu Arutyunyanın sözlərinə görə, hazırda ölkədə 17 fəxri ad mövcuddur: "Məsələn, xalq artisti, əməkdar incəsənət xadimi, əməkdar jurnalist, incəsənət xadimi, iqtisadi sahənin əməkdaşı. Bütün bunlar ləğv ediləcək və yalnız "əməkdar kollektiv" fəxri adı qalacaq". 

O bildirib ki, bu adların professional inkişafa heç bir aidiyyəti yoxdur. 

Bununla belə, artıq xalq və əməkdar artist fəxri adına layiq görülənlərin statusu saxlanılacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.