Ermənistan

Ötən il Ermənistanın baş nazirinin Aparatında pul mükafatları 1 milyon dolları ötdü

10 Yanvar 2024 00:59
Baxış: 931
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il Ermənistanın baş nazirinin Aparatında pul mükafatları 413 milyon 495 min dram (bir milyon ABŞ dollardanın bir qədər çox - red.) təşkil edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "168.am"a hökumət Aparatının rəhbəri yazılı sorğuya cavab olaraq məlumat verib.

Baş nazirin Aparatının Kadrlar və Şəxsi heyət İdarəsi qeyd edib ki, hər bir əməkdaş yerinə yetirilən işin keyfiyyətinə, nəticələrinə uyğun olaraq mükafatlandırılıb.

Qeyd edək ki, baş nazirin Aparatında 705 nəfər çalışır. 2023-cü il üçün əmək haqqı fondunun özü 3 milyard 219 milyon dram (təxminən 8 milyon dollar), bonus fondu isə əlavə olaraq 413 milyon 926 min (təxminən 1,03 milyon dollar) təşkil edib.

İl ərzində 99,9% xərclənib (413 milyon 495 min mükafat ödənildiyi nəzərə alınsa -red.).

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.