Ermənistan

Stepan Qalstyan 25 milyon müqabilində həbsdən azad edilib

30 Dekabr 2023 16:23
Baxış: 827
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin sabiq müavini Stepan Qalstyan 25 milyon dram (təxminən 62 min dollar) girov müqabilində həbsdən azad edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun vəkili Andranik Manukyan bildirib.

Vəkil qeyd edib ki, girovun məbləği məhkəmə tərəfindən müəyyən edilib.

Manukyanın sözlərinə görə, istintaq çərçivəsində bütün tədbirlər davam etdirilir.

Xatırladaq ki, 2021-ci ilin oktyabr ayında Qalstyan istintaqa cəlb edilib, evində axtarış aparılıb.

Onun keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirildiyi bildirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.