Ermənistan

Yüksək texnologiyalar naziri istefaya göndərildi - Ermənistanda - FOTO

30 Dekabr 2023 00:36
Baxış: 872
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın yüksək texnologiyalar naziri Robert Xaçatryan vəzifəsindən azad edilib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb.

Onun mətbuat katibi hələ ki, xəbəri təsdiqləməyib və rəsmi məlumatları izləməyi tövsiyə edib.

Qeyd edək ki, R.Xaçatryan Ermənistanda rusiyapərəst mövqeyilə tanınır. O, bir müddət öncə ölkədə Rusiya telekanallarının yayımının qadağan edilməsinə qarşı çıxaraq, belə bir məsələsinin müzakirə olunmadığını bildirib.

Nazirin istefası barədə artıq neçə vaxtdır şaiyələr gəzir.

Xatırladaq ki, R.Xaçatryan 2022-ci il aprelin 27-də nazir təyin edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.