Ermənistan

Ermənistanda mülkilərlə hərbçilər arasında dava: zabit öldürüldü

12 Dekabr 2023 18:48
Baxış: 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda Vazgen Sərkisyan adına Hərbi Universitetinin yaxınlığında Müdafiə Nazirliyinin zabitləri ilə mülki şəxslər arasında baş verən bıçaqlanma nəticəsində zabit ölüb.

Milli.Az Report-a istinadən xəbər verir ki, borcun qaytarılması tələbi ilə bağlı tərəflər arasında mübahisə düşüb.

Qarşıdurmada 5-i hərbçi olmaqla 8 nəfər iştirak edib. Söhbət zamanı borclu olan mülki şəxs hərbçilərin ünvanına təhqiramiz ifadələr işlədib. Bundan sonra özü ilə gətirdiyi bıçaqla Müdafiə Nazirliyinin zabiti baş leytenantlar Gevorq Marqaryan və David Sayadyana ağır bədən xəsarəti yetirib. Təcili yardım maşını onları tibb mərkəzinə çatdırıb. Sonuncunun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Ermənistan Respublikası Cinayət Məcəlləsinin uyğun maddələri üzrə cinayət işi başlanıb. Hadisənin baş vermə şəraiti tam aydınlaşdırılması üçün ilkin araşdırma aparılır. Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan hərbi qulluqçularla bağlı təfərrüatları açıqlamaq istəməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.