Ermənistan

Əsir əsgərlərimiz nə vaxt qayıdır? - Əsgər anası

11 Dekabr 2023 15:08
Baxış: 1 528
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Oğlumun nə vaxt qayıdacağı ilə bağlı heç bir məlumatım yoxdur.

Bunu Axar.az-a açıqlamasında Ermənistanda tutularaq ömürlük həbs cəzası alan əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

"Səhərdən ora-bura zəng edirəm ki, hardan məlumat ala bilərəm. Nə vaxt gələcəyi ilə bağlı bizə heç bir məlumat verilməyib. Mən də hamı kimi mediada olan məlumatları izləyirəm. Hüseynlə sonuncu dəfə noyabrın 23-ü danışmışıq", - anası bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən erməniəsilli 32 şəxsin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə 7 dekabrda razılıq əldə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.