Ermənistan

Xaçatryan Paşinyanı belə “vurdu”

5 Dekabr 2023 16:22
Baxış: 1 191
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

""Vətəndaş sazişi" fraksiyasının təmsil etdiyi parlament çoxluğunun mövqeyi Ermənistanda parlamentarizmi məhv edir".

Milli.Az musavat.com-a istinadən bildirir ki, bunu Ermənistan parlamentində eyni adlı müxalifət fraksiyasından olan deputat Artur Xaçatryan deyib.

Onun sözlərinə görə, parlament çoxluğu növbəti dəfə parlamentin plenar iclasında müxalifətin qanunvericilik təşəbbüsünün müzakirəsinə icazə verməyib. Gündəlik layihəsini təqdim edən parlamentin spikeri Alen Simonyan isə müxalifəti siyasi boykot metodlarından istifadə etməkdə suçlayıb. Simonyan qeyd edib ki, müxalifət qanunun ona verdiyi mexanizmlərin çoxundan istifadə etmir, sonra isə bu və ya digər məsələnin gündəliyə salınmamasından şikayətlənir.

Müxalifətçi deputat Simonyanın dediklərini şantaj kimi qəbul edib.

"Belə çıxır ki, müxalifət siyasi boykot hüququndan istifadə etdiyinə görə hakim qüvvə buna cavab olaraq qarşısındakı siyasi qüvvənin bütün təşəbbüslərini pozmaqda özünü haqlı hesab edir", - deyə Xaçatryan söyləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.