Ermənistan

Qarabağa göndərilən generalın əsl niyyəti bilindi

26 Aprel 2023 09:56
Baxış: 2 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Moskva tezliklə Ermənistanda hərəkətə keçəcək.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bu iddia ilə Rusiyanın Ermənistandakı əsas təbliğatçısı sayılan bloger Mikayıl Bədəlyan çıxış edib. O, Moskvadan olan yüksəkvəzifəli qrupun guya bir müddət əvvəl Bakı ilə danışıqlar apardığını bildirib:

"Moskvada artıq situasiyanın bütün ciddiliyini dərk etməyə başlayıblar. Buna görə də Ermənistanda yaxın zamanlarda hərəkətə keçməyə hazırlıq aparılır".

Maraqlı məqam Moskvanın Ermənistandakı təsir agentlərinin də aktivliklərini artırmasıdır. Xüsusilə Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun Qarabağdakı sülhməramlılara rəhbər gətirilməsi xəbəri onların fəallaşmasına şərait yaradıb. O həmçinin Rusiya müdafiə nazirinin müşaviri Aleksandr Lentsovun gəlişindən sonra çox şeyin dəyişəcəyini iddia edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.