Ermənistan

Ermənistanda sabiq nazir mənimsəmədə ittiham olunur

15 Dekabr 2022 17:33
Baxış: 886
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın sabiq mədəniyyət naziri Asmik Poqosyanın qanunsuz fəaliyyəti nəticəsində dövlətə 250 min dollar ziyan dəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Prokurorluq əməkdaşlarının sözlərinə görə, Poqosyan 2012-2016-cı illərdə Mədəniyyət Nazirliyinin rəhbəri olarkən "Sohocenter" şirkətinin təsisçilərinə və direktoruna paytaxt İrəvandakı musiqi məktəblərindən birinə məxsus 300 kvadrat metrlik torpaq sahəsini qanunsuz olaraq mənimsəməkdə köməklik edib və nəticədə dövlətə 100 milyon dram (hazırkı məzənnə ilə 250 min dollar) ziyan dəyib.

Prokurorluqdan əlavə olunub ki, həmin şirkət 2012-ci ildə torpaq sahəsini mənimsəmək üçün yaradılıb.

Cinayət işinin materiallarında göstərildiyi kimi, təsis ediləndən 4 gün sonra şirkətin direktoru İrəvan merinə investisiya layihəsini təqdim edərək, bu ərazidə "Kitab dünyası" kompleksinin tikiləcəyini vəd edib.

Hazırda məktəbin direktoru, onun qardaşı, həmçinin adıçəkilən şəxslər barəsində də cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.