Ermənistan

Ermənistan sərhədə muzdluları yığır - VİDEO

19 Oktyabr 2022 13:32
Baxış: 1 321
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanın Azərbaycanla sərhədə hərbi qüvvə və texnika yığdığını təsdiqləyən daha bir video yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, erməni Teleqram kanallarında yayılan videoda bayraqla, yəni xüsusi təbliğatla sərhədə göndərildiyi bildirilən əsgərlərin heç də həqiqi hərbi xidmətçilər olmadığı, daha yaşlı hərbçilər və muzdlular olduğu görünür.

Qeyd edək ki, Azərbaycan MN bir neçə gün öncə Ermənistanın Azərbaycanla sərhədə canlı qüvvə və artilleriya cəmləşdirdiyi haqda məlumat yaymış, Ermənistan MN isə bunu təsdiqləmişdi.

Bunun ardınca isə Ermənistan ordusuna aid yük maşınlarının sərhədə çoxlu sayda işlənmiş avtomobil şinlərini daşıdığını əks etdirən görüntülər yayıldı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.