Ermənistan

Ermənistanın yeni Prezidenti seçildi - YENİLƏNİB

3 Mart 2022 12:58
Baxış: 5 036
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

12:58

Vahan Xaçatryan Ermənistanın prezidenti seçilib.

"Report" xəbər verir ki, ikinci cəhddə parlament beşinci dövlət başçısını seçə bilib.

Hakim "Mülki müqavilə"dən olan namizədin lehinə 71 deputat səs verib.

-------

10:40

Ermənistan parlamenti ölkənin yeni prezidentini seçə bilməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, hakim "Vətəndaş Müqaviləsi" partiyasının yeganə namizədi, yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan cəmi 69 səs toplayıb ki, bu da lazım olan minimum səs sayından (81) az olub.

Müxalif "Şərəfim var" və "Hayastan" fraksiyaları prezidentliyə namizədliyin müzakirəsini boykot ediblər.

Konstitusiyaya görə, prezident seçkilərinin ikinci və üçüncü turlarının keçirilməsi mümkündür və bu zaman seçilmək üçün müvafiq olaraq 65 və 54 səs lazımdır.

Parlamentin sədri Hakob Arşakyan səsvermənin ikinci turunun bu gün keçiriləcəyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.