Cəmiyyət

Bakının girişində təhlükəli yol nişanı

29 İyul 2013 00:30
3 Şərh     Baxış: 2 720
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakının girişində quraşdırılmış yol nişanı sürücüləri təhlükə qarşısında qoyur

Bu barədə Milli.Az-a məktub yazan Sevindik Əliyev adlı oxucu məlumat verib.

Onun sözlərinə görə, son 1 həftə olar ki, Şıx çimərliyinin sonunda, "Dostluq" kafesinin qarşısında radara 30-40 metr qalmış 60 km/s nişanı qoyulub. Əvvəl bu ərazi Lökbatan dairəsindən Bibiheybət məscidinə kimi 110 km/s idi.

"Səbail polisi deyir ki, çimərlik mövsümü olduğu üçün təhlükəsizlik məqsədi ilə sürət azaldılıb. Amma, əslində, elə deyil. Çünki çimərlik boyu sürət həddi 110 km/s-dır. Çimərliyin sonunda, düz radarın qarşısında ani olaraq sürət həddini 60 km/saat-a qədər məhdudlaşdıran nişan qoyulub. 110 sürətlə hərəkət edərkən, birdən-birə radara 30-40 metr qalmış 60 km/saat sürət həddi müəyyənləşdirən yol nişanını görən sürücü ya radara düşməli, ya da cəld əyləci basmalıdır. Bu da qəza vəziyyəti yaradır. Çox xahiş edirəm ki, bu mövzuya diqqət ayırasınız", - oxucunun məktubunda qeyd olunub.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevlə əlaqə saxlayıb. DYP rəsmisi açıqlamasında bildirib ki, sürət həddi 110 km/saat olan yolda radara az bir məsafə qalmış sürət həddinin 60 km/saat olduğunu göstərən nişanın quraşdırılması düzgün deyil.

"Tədricən sürəti məhdudlaşdıran nişan olmalıdır. Əvvəl 90 km/saat-a, sonra 60-70 km/saat-a endirilə bilər. Biz müvafiq şöbəyə çatdırarıq ki, tədbirlər görülsün", - o əlavə edib.

Teymur Hacıyev
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.