Güclü zəlzələ baş verəcək, bəşəriyyətə böyük ziyanlar dəyəcək
Milli.Az anspress-ə istinadən bildirir ki, dünyanın ən məşhur öngörücülərindən sayılan Mişel de Nostradamusun 2015-ci ilə uyğun gələn proqnozları açıqlanıb.
İqtisadi sferadakı inkişaf bütün dünyanın iqtisadiyyatında stabillik yaradacaq.
2015-2017-ci illərdə kompüter hücumları (virus) üzündən iki nəhəng dövlət Rusiya və ABŞ arasında müharibənin başlaya bilər. Təəssüflər olsun ki, bu müharibədə nüvə silahından istifadəsi mümkündür və bu partlayışlar may ayında Yerin çox hissəsini silkələyəcək.
İnsanlar dənizlər və okeanların altında yerləşməyə başlayacaqlar. Adi şəhərlər də inkişaf edəcək.
Nəhayət, alimlər genetik klonlaşdırma sahəsində uğur əldə edəcəklər. Süni yolla yetişdirilmiş daxili orqanlar transplatasiya üçün istifadə ediləcək.
2015-ci ildə ABŞ-da güclü zəlzələ baş verəcək, bəşəriyyətə böyük ziyanlar dəyəcək.
Fransa və Almaniyada böyük çaxnaşma baş verəcək. Dünyanın aparıcı gücləri bu ölkələrin liderlərinin həyatına qəsd etməyə çalışacaqlar.
Astroloqun yazdığı bir cümlədə qeyd olunub ki, "vergi" anlayışı tarixə qovuşacaq. Elm adamları böyük kəşflər edəcəklər, onlardan ən əhəmiyyətlisi cavanlıq iksiri olacaq.
İnsanlar ucuz elektrik enerjisi əldə etmək üçün böyük addımlar atacaqlar. Böyük ehtimalla, Günəş enerjisindən istifadədə yeni nailiyyətlər əldə olunacaq. Bu böyük kəşf iqtisadi böhranın dünyaya təsirini azaldacaq.
Maliyyə böhranı davam etsə də, dünyanın bir çox şəhərində sosial həyat bir qədər yaxşılaşacaq. Ancaq bu il Avropadan daha çox, ABŞ iqtisadiyyatında problemlər olacaq.
Nostradamus 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Vezuvi vulkanının güclü püskürəcəyini, bunun çox böyük fəlakətlərə səbəb olacağını qeyd edib. Çoxlu insan həlak olacaq və Yer üzü bir neçə günlük qaranlığa bürünəcək.
İnsanların tədricən məhv olmağa başladığı dövrdə Yer üzünə barış gətirəcək və müəyyən torpaqları birləşdirəcək.
İlin əvvəlində Rusiyada yeni din yayılmağa başlayacaq. 2040-cı ildə dünyanın bir çox bölgəsini əhatə edəcək.
2015-ci ildə islam və xristianlıq bir-birinə qarşı durmağa başlayacaq və bu az qala dünya müharibəsinə səbəb olacaq. Bu qarşıdurmanın qarşısı Çinin köməkliyi ilə alınacaq.
2015-ci ilin birinci yarısında Yaxın Şərqdə münaqişələr baş verəcək. İran Türkiyəyə ultimatium elan edəcək və dövlətlər müharibə astanasında olacaq. Nostradamus deyib ki, müharibəyə səbəb türklərin İran vasitəsilə Avropaya keçmək cəhdi olacaq. İranlılar buna əngəl olmağa çalışacaqlar. Bir müddətdən sonra türklər və iranlılar sülh razılığı bağlayacaqlar.
İl ərzində enerji inqilabı baş verəcək. İnsanlar ucuz Günəş enerjisi əldə etməyi öyrənəcəklər. Onun daşınması naqilsiz olacaq.
Milli.Az
Maraqlı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Nostradamusun 2015-ci il üçün proqnozları
24 Mart 2015 18:44
14 Şərh
Baxış: 13 857

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Çörək sexinin qanunsuz fəaliyyəti dayandırıldı - FOTO
-
Azərbaycan çempionu vəfat etdi - FOTO
-
Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu
-
Bu avtomobil UCUZLAŞDI
-
Bakıda iki qız itkin düşdü - FOTO
-
Sumqayıtda fabrikdə qidadan zəhərlənmə hadisəsi nəzarətə götürüldü - YENİLƏNİB
-
Wi-Fi-dəki təhlükə - Bu funksiyanı deaktiv edin, yoxsa...
-
"Həzrəti Yusif" illər sonra - VİDEO
-
Bakıda Pasxa mövzusuna həsr olunmuş "Barabba" rok-operasının premyerası keçirildi - VİDEO - FOTO
-
Ronaldo təhdid olunur: yeni mühafizəçisi müzakirə yaratdı - FOTO
-
Rəşad Dağlının ad gününü efirdə belə qeyd etdilər - VİDEO
-
Milli Məclisdə yeni təyinatlar - Onlara yüksək vəzifə verildi
-
"Onun dilini dibindən kəsərəm"
-
Həftənin şanslı bürcləri - Gözlənilməz gəlirlər olacaq
-
Yanğından zərərçəkən: "Həyatım orada qaldı"
-
Bakıda 110-a yaxın bina SÖKÜLƏCƏK - Hamısı bu rayonun ərazisindədir
-
Prezident sərəncam imzaladı: Onlara 2 500 manat veriləcək
-
İlham Əliyev Balaxanı ilə bağlı Sərəncam imzaladı
-
Uşaqlar ağlayır ki, məktəbə getmirəm - ŞİKAYƏT
-
Məktəblərdə YENİLİK
-
Zəhra Poluxova İsgəndəriyyədə beynəlxalq münsiflər heyətində təmsil olundu - FOTOlar
-
“Bolt”da artıq pul tutulur - DİQQƏTLİ OLUN
-
Məşhur müğənni siqaret çəkən kişini biabir elədi