"Dövrümüzün ziddiyyəti" essesi Sietl Overleyk Xristian Kilsəsinin (Seattle Overlake Christian Church) keçmiş pastoru Dr. Bob Murhed (Bob Moorhead) tərəfindən yazılmış və 1995-ci ildə "Məqamında deyilən sözlər" kitabında nəşr olunub.
"Dövrümüzn ziddiyyəti" essesi Murhedin 17 kilsə üzvü tərəfindən tərəfindən seksual cinayətdə təqsirləndirilməsi və kilsə rəhbərlərinin təzyiqi ilə 1998-ci ildə istefa verməsi ilə daha da ironikləşib. Essenin müəllifliyini səhvən amerikan aktyor, komik və yazar Corc Karlin və 1999-cu ildə Columbine məktəbində baş vermiş atışmadan sonra həmin məktəbin şagirdinə aid edirlər.
Dövrümüzün ziddiyyəti
Tarixdə bizim dövrün ziddiyyəti odur ki, bizim çox binalarımız, ancaq, az hövsələmiz, geniş yollarımız, ancaq, dar düşüncəmiz var. Biz çox xərcləyir, ancaq, az şey əldə edirik. Biz çox şey alırıq, ancaq, az zövq alırıq.
Bizim böyük evlərimiz və kiçik ailələrimiz, çox rahatlığımız, ancaq az vaxtımız var. Bizim çox dərəcəmiz, ancaq az ağlımız, çox biliyimiz, ancaq az mühakiməmiz, çox bilicilərimiz, ancaq çox problemlərimiz, çox dərmanlarımız, az sağlamlığımız var.
Biz həddən arıq çox içirik, həddən artıq çox çəkirik, həddən artıq çox tədbirsiz şəkildə pul xərcləyirik, həddən artıq az gülürük, həddən artıq sürətlə maşın sürürük, həddən artıq tez qəzəblənirik, həddən artıq gec yatırıq, həddən artıq yorğun oyanırıq, həddən artıq az oxuyuruq, televizora həddən artıq çox baxırıq və həddən artıq nadir hallarda ibadət edirik. Biz əmlakımızı artırmışıq, ancaq dəyərlərimizi azaltmışıq. Biz həddən artıq çox danışır, həddən artıq nadir hallarda sevir, həddən artıq çox tez-tez nifrət edirik.
Biz pul qazanmağı öyrənmişik, ancaq yaşamağı öyrənməmişik. Biz həyatımıza illər qatmışıq, ancaq illərimizə həyat qatmamışıq. Biz yerdən aya və aydan yerə qədər məsafə qət eləmişik, ancaq yeni qonşumuzu qarşılamaq üçün bir yol eni məsafəni qət eləmək gözümüzə durub. Biz xarici aləmi fəth eləmişik, ancaq daxili aləmi fəth eləməmişik. Biz daha böyük işlər görmüşük, ancaq daha yaxşı işlər görməmişik.
Biz havanı təmizləmişik, ancaq ruhu çirkləndirmişik. Biz atom üzərində zəfər çalmışıq, ancaq qərəzimiz üzərində zəfər çalmamışıq. Biz çox yazırıq, ancaq az öyrənirik. Biz çox planlaşdırırıq, ancaq az şeyə nail oluruq.
Biz tələsməyi öyrənmişik, ancaq gözləməyi öyrənməmişik. Biz daha çox məlumat toplamaq, daha çox məlumatın surətini çıxarmaq üçün daha çox bilgisayarlar yaradırıq, ancaq biz get-gedə daha az ünsiyyət qururuq.
Bu, cəld bişən və gec həzm olunan yeməklər, böyük adamlar və cılız şəxsiyyətlər, yüksək mənfəətlər və alçaq münasibətlər zamanıdır. Bu iki nəfərin pul qazandığı, ancaq daha çox boşanmalar, dəbdəbəli evlər, dağılmış ocaqlar dövrüdür. Bu təcili səfərlər, bir dəfəlik uşaq əskiləri, bir dəfəlik əxlaq, bir gecəlik mövqelər, həddən artıq kök bədənlər və sevindirməkdən sakitləşdirməyə və öldürməyə qədər hər şey edən həblər dövrüdür. Bu, nümayiş zallarının dolu, anbarların boş olduğu zamandır. Bu, texnologiyanın bu ismarışı sənə yetirə bildiyi və sənin bu qavrayışı bölüşmək və ya sadəcə silməyi seçə biləcəyin dövrdür.
Sevdiklərinizlə bir qədər vaxt keçirməyi unutmayın, çünki onlar əbədi sizinlə birgə olmayacaqlar.
Qorxu içərisində aşağıdan yuxarı sizə baxan balacaya bir xoş söz deməyi unutmayın, çünki o balaca tezliklə böyüyəcək və sizi tərk edəcək.
Yanınızda olan şəxsi bağrınıza basmağı unutmayın, çünki bu sizin ürəkdən verə biləcəyiniz yeganə xəzinədir və bir qəpik də xərci yoxdur.
Sevgilinizə və sevdiklərinizə "Mən səni sevirəm" deməyi unutmayın, ancaq bunu səmimiyyətlə deyin. Qəlbinizin dərinliklərindən gəlirsə bir öpüş və ağuş yaraları sağaldacaq.
Hansısa bir gün bir daha olmayacaq şəxsin əlindən tutun və o anın qədrini bilin.
Sevməyə, ünsiyyətdə olmağa və ağlınızdakı dəyərli fikirləri bölüşməyə vaxt ayırın.
Unutmayın: Həyat aldığımız nəfəslərlə deyil, nəfəsimizi kəsən anlarla ölçülür.
İngiliscədən tərcümə etdi: Xəqani Əliyev
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gecə oxusu: Dövrümüzün ziddiyyəti
25 İyul 2011 00:30
Baxış: 553

DİGƏR XƏBƏRLƏR
-
Prorektor işdən çıxarıldı - Yeni TƏYİNAT
-
Bakıda Vətən müharibəsinə həsr olunan filmin epizodları çəkiləcək
-
Azərbaycanda tanınmış aktyor vəfat etdi - FOTO
-
"Gəncə və gəncəlilər" layihəsində Rövşən Behcət yad edilib - FOTO
-
“Sənətkarın dostu” layihəsinin növbəti qonağı Xalq artisti Salman Qəmbərov olub - FOTO
-
Vyanada Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş parlaq konsert baş tutdu – VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Keçmiş Türkiyə gözəli ölümdən döndü - Bədəni yanıb - FOTO
-
Azərbaycanda təhlükəli canlılar peyda oldu - 60 ailə təhlükədə - VİDEO
-
"Kuruluş Osman"da yeni sima - FOTO
-
Tramp: "Amerikalılar cinayətlərlə dolu həyata öyrəşməli olacaqlar"
-
"Komissiya gələndə görürdü iki ədəd cırıq ayaqqabı asılıb"
-
Günün qoroskopu: Maliyyə axınında dəyişkənlik ola bilər
-
"İpini qopardan oradadır"
-
“Sən məni tamamlayırsan”
-
Dünyada ərzaq bahalaşır
-
Müddətdən artıq həqiqi hərbi xidmətə qəbul üçün müraciətlərin müddəti uzadıldı
-
"O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
-
Kartdan oğurlanan pulları geri qayrtarmaq mümkün imiş – İlk 1 saat... - VİDEO
-
Çingiz Əhmədovun ölüm xəbəri yayıldı
-
Patriarx Kirill Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordenini təqdim edib - FOTO
-
“Galatasaray”dan öz meydanında asan qələbə
-
Hər səhər bu üç qidadan yesəniz heç vaxt xərçəng olmayacaqsınız - Məşhur onkoloq açıqladı
-
Bakı niyə Qafqazın “Kiçik Las-Veqas”ı olmasın? - VİDEO
-
Pezeşkian “Traktor”un qələbəsini ailəsi ilə qeyd etdi - FOTO
-
Netanyahu Azərbaycana səfərini təxirə salıb
-
Müjde Arı canlandıracaq - FOTO
-
Şahzadə məhkəməni uduzdu
-
"Traktor" "Qarabağ"ın təbrikinə belə cavab verdi - FOTO
-
Niyə taksilərdə POS-terminal quraşdırılmır? - AÇIQLAMA
-
Yenə boşana bilmədilər...