Şou-biznes

"O vaxt 3 şirvana Tv-yə çıxmısınız, zövqsüzlüyün pikini isə ATV göstərməyə başlamışdı"

3 May 2025 16:45
Baxış: 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hitmaker Murad Arif  "Niyə bayağılığa meylliyik?" sualını cavablandırıb.

Milli.Az xəbər verir ki, o, efirlərin zövqsüzlük tarixçəsinə səyahət edib:

"Sovet senzurası, sovet dövrünün musiqi siyasəti üzərimizdən götürüldükdən sonra özümüzə qayıtdıq. Avtobuslarda, vağzallarda, bazarlarda səslənən ifaçılar və nəğmələr efirlərin ulduzuna çevrildilər... Kütləvi şəkildə onlara maraq çoxaldı. Məlum oldu ki, "BİZ BUYUQ!"

Bu zövqsüzlüyə 90-larda başladıldı! Ödənişli efirlər ilk olaraq Aztv-də yarandı, ardınca Sara TV, ANS TV və 2000-lərdə musiqi özbaşınalığın, zövqsüzlüyün pikini ATV göstərməyə başladı... Bütün günü ödənişli müğənnilər, mahnılar.. Efirlərin musiqi-əyləncəli verilişlər siyasəti, redaktor qayçısıyla deyil, xalqın seçiminə buraxıldı. "İnsanlar buna baxır, reytinqi bunlar verir" cümlələri deyildi efirlərdən...

Bu gün nəyisə dəyişmək mümkünsüz görünür, çünki camaat TikToka baxır! Efirlər də özünü TikTok səviyəsinə salıb. Gərək bir "yumruqla" efir siyasətinə müdaxilə oluna...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.