Siyasət

Patriarx Kirill Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordenini təqdim edib - FOTO

3 May 2025 22:36
Baxış: 1 146

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın Birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfəyə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirdi.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.