Hadisə

“Xalaoğlum bir tərəfə, mən o biri tərəfə düşmüşəm” - ANBAAN VİDEO

3 May 2025 18:25
Baxış: 3 903
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

18:25

Xəbər verdiyimiz kimi, ötən gün Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib. Xoşbəxtlikdən hadisə zamanı avtomobildə olan hər iki şəxs sağ qalıb.

Milli.Az-ın məlumatına görə, qəzadan sağ qurtulan sürücü həmin anları "Xəzər Xəbər"ə danışıb.

"Mən üzü aşağı gəlirdim, "Mercedes" qarşıma çıxdı. Ondan sonra kanala düşdük. Daha sonrası yadıma gəlmir. Kanalda su çox olub. Xalam oğlu bir tərəfə, mən o biri tərəfə düşmüşəm".

Qeyd edək ki, hadisə Barlı kəndində, saat 16:00 radələrində qeydə alınıb. Zərbənin təsirindən sürücü və sərnişinin avtomobilin şüşələrindən çölə çıxaraq sağ qalması sevindirici hal kimi qarşılanıb. Bu qəzanı Bakıda ötən ay baş vermiş "uçan taksi" qəzası ilə müqayisə edənlər də olub. 

Faktla bağlı araşdırma aparılır.

Ətraflı videomaterialda:


----------
10:40


Qubada yol-nəqliyyat hadisəsi baş verib.  

Milli.Az xəbər verir ki, qəzanın anbaan görüntüləri yayılıb.

Zərbənin gücünü təsirindən sürücü və sərnişin avtomobildən çölə düşüblər.

Qeyd edək ki, mayın 1-i saat 16:00 radələrində Barlı kəndi ərazisində baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.