Ölkə

Bakı niyə Qafqazın “Kiçik Las-Veqas”ı olmasın? - VİDEO

3 May 2025 22:00
Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstanda turizmin inkişafinda böyük rol oynayan sahələr arasında kazinolar liderlik edir.

Milli.Az xəbər verir ki, ölkə iqtisadiyyatının əsas gəliri də məhz bu sahə ilə bağlıdır.

Belə ki, "Kiçik Las-Veqas" kimi tanınan Batumidə 67, paytaxt Tbilisidə isə 6 kazino fəaliyyət göstərir.

Gürcüstan Oyun Biznesi Assosiyasiyasının rəhbəri "Xəzər Xəbər"ə bildirib ki, xüsusən BƏƏ, Azərbaycan və Türkiyə vətəndaşları mərc oyunları üçün Gürcüstana üz tutur:

"Qumar oyunları üçün gələn xarici vətənadaşlar burada kazino ilə yanaşı bütün turizm imkanlarından yararlana bilirlər. Bu isə öz növbəsində ölkəmizdə turizmin və iqtisadiyyatın inkişafı üçün əvəzsiz şərait yaradır. Qeyd edim ki, Gürcüstana gələn qumar həvəskarları arasında çoxsaylı Azərbaycan vətəndaşları da var".

Əlavə edək ki, Azərbaycandan hər il yüzlərlə insan kazinolarda əylənmək məqsədilə Gürcüstana, Rusiyaya və daha uzaq ölkələrə üz tutur. Bu isə, sadəcə maraq deyil, külli miqdarda maliyyə vəsaitinin xarici bazarlara yönəlməsi deməkdir. Bununla yanaşı, region ölkələrinin əyləncə və kazino turizmi sahəsində əldə etdiyi gəlirlər artdığı bir zamanda, Azərbaycan bu sahədə potensialından tam istifadə edə bilmir.

Qanunsuz kazinoların qarşısının alınması üçün ən effektiv yollardan biri bu fəaliyyətlərin müəyyən çərçivədə leqallaşdırılmasıdır. Kazinoların leqallaşdırılması yalnız əyləncə və turizmin inkişafını, ölkəyə əcnəbi turist axınını stimullaşdırmaqla yanaşı, eyni zamanda qeyri-rəsmi iqtisadiyyatı tənzimləmək, vergi yığımını artırmaq və maliyyə şəffaflığını təmin etmək baxımından mühüm rol oynaya bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.