Dünya

"Ərinizə salam deyərsiniz" - Trampdan jurnalistə

26 İyun 2025 21:00
Baxış: 553
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderlandda keçirilən NATO mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp BBC-nin Ukrayna xidmətindən jurnalist Mıroslava Petsanın sualını cavablandırarkən cavabı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, Petsa Trampdan ABŞ-nin Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri verib-verməyəcəyi ilə bağlı sual ünvanlayıb. Tramp cavab verməzdən öncə jurnalistə şəxsən haradan olduğunu soruşub və onun ailə vəziyyəti ilə maraqlanıb.

Petsa bildirib ki, özü və övladları hazırda Varşavada yaşasa da, həyat yoldaşı Ukraynadadır və hərbçidir. Tramp isə buna belə cavab verib:

"Sizə uğurlar arzulayıram. Bu məsələ sizin üçün nə qədər çətin olduğunu görürəm. Ərinizə salamlarımı çatdırın."

Cavab sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub və bir çoxları tərəfindən Trampın diqqətli davranışı kimi qiymətləndirilib.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.