Dünya

"Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik"

26 İyun 2025 21:35
Baxış: 580
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Əgər Xamenei bizim nişangahımızda olsaydı, onu aradan götürərdik"

Milli.Az xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats İsrailin "Kan" dövlət televiziyasına müsahibəsində bildirib

O bildirib ki, ölkəsi İranla 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Əli Xameneini öldürmək niyyətində olub.

Nazir əlavə edib ki, Xamenei təhlükəni anlayaraq dərin yeraltı sığınacaqlara çəkilib və əlaqələrini kəsib: "O, bunu başa düşdü, çox dərinliyə endi və aradan götürülən komandirlərin yerinə gələnlərlə əlaqəni kəsdi. Buna görə də bu, sonda real olmadı".

Xatırladaq ki, iyunun 13-də İsrail bir neçə yüksək rütbəli iranlı komandiri və nüvə alimini öldürmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.