Kriminal

Bakıda soyuducudan marixuana tapıldı - Ata-oğul saxlanıldı - VİDEO

26 İyun 2025 18:22
Baxış: 443
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda narkotik maddələrin satışı ilə məşğul olan ata və oğlu saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Keşlə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər müəyyən edilib.

Əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və onun 38 yaşlı oğlu Emil Məlikov saxlanılıblar. Onların yaşadıqları ünvana baxış zamanı soyuducudan satış məqsədi ilə bükümlər halında saxlanılan marixuana və metamfetamin aşkarlanıb.

Məlumata görə, ata və oğul Keşlə və ətraf qəsəbələrdə narkotik maddələrin satışını təşkil edən əsas fiqurlar olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.