Hadisə

Bakıda gömrük məmurunu qadına görə öldürüblər? - DETALLAR

13 Oktyabr 2025 14:39
Baxış: 1 435
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı, Suraxanı rayon sakini Ayxan Mustafayevin qətlə yetirilməsinin təfərrüatı bəlli olub.

Milli.Az "Teleqraf.az"a istinadən xəbər verir ki, A.Mustafayev 16 yaşlı yeniyetmə tərəfindən anasına görə qısqanclıq zəminində öldürülüb.

Hadisə Suraxanıda A.Mustafayevə məxsus mağazanın qarşısında baş verib.

Evdə anasının ağladığını görən gənc bıçaq götürərək sözügedən obyektə yollanıb və orada A.Mustafayevi bıçaqlayıb. Hazırda işlə bağlı istintaq Suraxanı Rayon Prokurorluğu tərəfindən aparılır.

Qeyd edək ki, hadisə oktyabrın 11-də baş verib. Əmircan qəsəbəsində Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Ayxan Fəxrəddin oğlu Mustafayev qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.Xəlilov saxlanılıb.

1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.