Dünya

Slovakiyada iki qatarın toqquşması nəticəsində 100 nəfər xəsarət alıb - FOTO

13 Oktyabr 2025 14:51
Baxış: 317
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Slovakiyanın şərqində yerləşən Rojnava şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti kritik olaraq qiymətləndirilir.

Milli.Az xəbər verir ki, bu barədə TASR informasiya agentliyi məlumat yayıb.

Hadisə yerinə dərhal təcili yardım maşınları və xilasedici helikopterlər göndərilib. Məlumatı bölgə polisi təsdiqləyib.

Slovakiyanın daxili işlər naziri Matus Sutaj Estok keçirdiyi mətbuat konfransında qəzanın insan səhvi nəticəsində baş verdiyini bildirib. Onun sözlərinə görə, qatar sürücülərindən biri digərinə yol verməyib. Nazir əlavə edib ki, hazırda üç nəfər hələ də vaqon qalıqları arasında sıxışıb qalıb və onların vəziyyəti ilə bağlı dəqiq informasiya yoxdur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.