İdman

Azərbaycanda işləmiş məşqçi “Real”da Arbeloanın köməkçisi oldu

14 Yanvar 2026 01:37
Baxış: 301
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın yeni baş məşqçisi Alvaro Arbeloanın köməkçiləri müəyyənləşib.

Milli.Az "Futbolxeber.az"a istinadla xəbər verir ki, 43 yaşlı mütəxəssisin köməkçilərindən biri vaxtı ilə Azərbaycanda çalışıb.

Söhbət fiziki hazırlıq üzrə mütəxəssis Rikardo da Silvadan gedir. Belə ki, da Silva 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasında baş məşqçi Patrisiya Qonzalesin köməkçisi olub.

Qeyd edək ki, P. Qonzales 2013-2016-cı illərdə Azərbaycan yığmasını çalışdırıb.

Əlavə edək ki, Rikardo da Silva "Kastilya"da Arbeloa ilə birgə çalışıb. Buna qədər isə o, "Rayo Valyekano" və "Valensiya"da işləyib.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.