İdman

Azərbaycan millisinin sabiq məşqçisi: "Qara Qarayev futboldan "üzüsulu" getdi"

13 Yanvar 2026 23:25
Baxış: 284
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ", "Neftçi" və "Araz-Naxçıvan" klublarının sabiq yarımmüdafiəçisi Qara Qarayev futboldan "üzüsulu" ayrılıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis bu yaxınlarda futbolçu karyerasını başa vuran və Azərbaycanın U-21 millisinə analitik vəzifəsinə təyin olunan Qarayevin qərarından danışıb:

"Hər halda, Qara Qarayev bu məsələni ölçüb-biçib və qərar qəbul edib. Qarşısına qoyduğu məqsədləri özündən başqa heç kim bilmir. Düşünürəm ki, hələ bir müddət də futbol oynaya bilərdi. Lakin futbolda əldə etdiyi yüksək səviyyəni, qazandığı müsbət imici nəzərə alanda, karyerasını erkən başa vurmasını anlamaq olar. Belə demək olarsa, Qara futboldan "üzüsulu" getdi. Azərbaycanlı məşqçi olaraq ona gələcək karyerasında uğurlar arzu edirəm. O, həm futbolçu, həm də insan kimi nümunəvi biridir".

A.Əsədov Qara Qarayevin məşqçilikdə daha yaxşı yerlərə gəlməsi üçün üzərində çalışmalı olduğunu qeyd edib:

"Bəzən görürsünüz ki, yaxşı futbolçu yaxşı məşqçi ola bilmir. Yaxud bunun əksi baş verir. Qara futbol oynadığı dövrdə güclü məşqçilərlə çalışıb. Düşünürəm ki, müəyyən qədər öz üzərində işləməlidir. Yəqin ki, gələcəkdə onu məşqçi kurslarında görəcəyik. Bu, təcrübəsini artırmaq və püxtələşmək baxımından vacibdir".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.