Dünya

İran polisi əhaliyə SMS-lə xəbərdarlıq göndərir - FOTO

13 Yanvar 2026 18:18
Baxış: 470
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda iqtisadi problemlərə etiraz edən minlərlə insan 15-ci gündür nümayişlərini davam etdirir. 

Milli.Az xəbər verir ki, qonşu ölkədə polis valideynlərə uşaqlarını etirazlardan uzaq tutmaları barədə SMS mesajları göndərməyə başlayıb: 

"Dünən gecə bəzi nümayişlərdə terrorçu qrupların və silahlı şəxslərin olması nəzərə alınaraq, ailələrə gənc və yeniyetmə uşaqlarına yaxşı qayğı göstərmələri tövsiyə olunur. İğtişaşçılara qarşı qətiyyətlə mübarizə aparılacağı qərarına uyğun hərəkət ediləcək" .

Qeyd edək ki, etirazlar 28 dekabr 2025-də Tehranın Böyük Bazarında tacirlərin aksiyası ilə başlayıb və ölkənin digər şəhərlərinə yayılıb. Aksiyada ölənlərin sayı 538-ə çatıb, saxlanılanların sayı isə 10.600-dən çoxdur.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.