Ölkə

Xəstəxanada hamilə qadına "sabaha sağ qalsanız, müraciət edərsiniz" deyilib?

14 Yanvar 2026 00:51
Baxış: 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

''Doğuş sancısı ilə məni xəstəxanaya apardılar, vaxtında yardım etmədikləri üçün bətnimdəki uşaq tələf oldu''.

Milli.Az xəbər verir ki, bunu ''Xəzər Xəbər''ə paytaxt sakini Aytac Vahabova deyib.

Qadın iddia edir ki, ötən ilin oktyabr ayında gecə saatlarında erkən doğuş ağrıları tutub, təcili yardım avtomobili ilə Yeni Klinikaya gətirilib. Orada onu həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova qəbul edib.

"Gecə növbəsində ginekoloq Sevinc Məmmədova idi. Məni otaqda gözlətdilər. Təxminən bir saat, saat yarım həkim gəlmədi. Ginekoloq gəldi və mənə dedi ki, mən sizə heç bir şey edə bilmərəm. Siz mənlik deyilsiniz. Mən artıq getməliyəm. Əgər sabah sağ qalsanız, bətninizdəki övlad da sağ qalarsa, o zaman yenidən müraciət edərsiniz - səhər növbəsində kim olacaqsa ona", - deyə şikayətçi baş verənləri nəql edib.

Aytac Vahabova Sevinc Məmmədovanın ona yardım etməməsini həmin vaxt telefonla da çəkib. Kadrlardan da aydın görünür ki, həkim və onun yanında olan tibb bacısı otağı tərk edirlər.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.