Siyasət

ABŞ və Ermənistan TRIPP-in icrası üzrə birgə bəyanat təsdiqlədi

14 Yanvar 2026 00:07
Baxış: 262

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüş keçirib.

Milli.Az Trend-ə istinadən bildirir ki, görüş zamanı Mirzoyan və Rubio 8 avqust 2025-ci il tarixində Vaşinqton Sülh Sammitində əldə olunmuş razılaşmaların icra vəziyyətini müzakirə ediblər.

Tərəflər Bakı ilə İrəvan arasında sülh prosesinin daha da institusional əsaslar üzərində qurulmasının əhəmiyyətini qeyd edərək, bu istiqamətdə atıla biləcək addımları nəzərdən keçiriblər.

Görüşün yekununda Ermənistanın xarici işlər naziri və ABŞ dövlət katibi iki ölkə arasında Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsinin həyata keçirilməsinə dair çərçivə sazişi üzrə birgə bəyanatı təsdiqləyiblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.