İdman

Erməniəsilli futbolçu "Neftçi"yə transfer olacaq? - FOTO

13 Yanvar 2026 17:49
Baxış: 421
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Neftçi" erməniəsilli belaruslu futbolçu Karen Vardanyanı transfer edə bilər.

Milli.Az xəbər verir ki, bu barədə insayder Arseni İsayenya məlumat yayıb.

Məlumata görə, hazırda "Şaxtyor Soliqorsk"un keçmiş baş məşqçisi Yuri Vernidubun rəhbərlik etdiyi "Neftçi" 25 yaşlı forvardın çıxışını yaxından izləyir.

Qeyd olunur ki, Vardanyanla maraqlanan klublar arasında Belarusun ML "Vitebsk" komandası da var.

Qeyd edək ki, Karen Vardanyan 2025-ci il mövsümündə bütün turnirlər üzrə 35 oyunda 10 qol vuraraq Minsk "Dinamo"sunun ən məhsuldar futbolçusu olub.

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.