Cəmiyyət

Tibb bacısı rüşvət vermədiyi üçün işdən çıxarılıb? - VİDEO

14 Yanvar 2026 01:38
Baxış: 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"2000 manat rüşvət istənildi, vermədiyi tədqirdə şərlənərək işdən çıxarıldı"​.

Milli.Az xəbər verir ki, bu iddianı paytaxtdaki liseylərdən birində 9 ildir tibb bacısı işləyən şikayətçi Aida Nəsibova səsləndirib.

O, deyir ki, direktor ondan 2000 manat rüşvət tələb edib, məktəbdə çalışan bəzi şəxslər və valideynlərin əleyhinə yalan ifadə verməsini, hətta məhkəmədə saxta şahidlik etməsini istəyib.

Şikayətçinin ən ciddi iddialarından biri isə iş otağında gizli kameranın aşkar edilməsi ilə bağlıdır.

Aida Nəsibova vurğulayıb ki ki, onun himayəsində 3 azyaşlı uşaq və xəstə anası var.

Liseydən bildirilib ki, 2 nömrəli uşaq poliklinikasından liseyə təhkim olunmuş tibb bacısının çalışdığı səhiyyə müəssisəsi tərəfindən geri çağırılması müvafiq prosedur qaydalara əsaslanır. Onun liseyə təhkim olunduğu dövrdəki fəaliyyətində pedaqoji mühitə uyğun olmayan davranışları da geri çağırılmasının səbəbləri sırasında yer alır. Bütün bunlar nəzərə alınaraq 3 dekabr 2025-ci il tarixində 2 nömrəli uşaq poliklinikasının əmrinə əsasən onun liseydəki fəaliyyətinə xitam verilib və təhsil müəssisəsinə başqa tibb bacısı təhkim olunub. Qeyd edilib ki, tibb bacısının liseyin rəhbərliyinə aid digər iddiaları tamamilə əsassızdır.

Daha ətraflı "Xəzər TV"nin süjetində:

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.