Cəmiyyət

Vədiyə Ələkbərzadəyə vəzifə verildi

3 Mart 2026 20:44
Baxış: 433
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sağlam Ailə Tibb Mərkəzləri Şəbəkəsində kadr dəyişikliyi baş verib.

Milli.Az-ın əldə etdiyi məlumata görə, Vədiyə Ələkbərzadə Şəbəkənin İdarəçi direktoru vəzifəsinə təyin olunub.

O, Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr təhsili alıb, həmçinin Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini fərqlənmə ilə bitirib. Hazırda süni intellekt və insan hüquqları sahəsində doktorantura təhsili alır və bu istiqamətdə elmi tədqiqatlar aparır.

V. Ələkbərzadə müxtəlif dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışıb, hüquq və idarəetmə sahəsində geniş peşəkar təcrübəyə malikdir. O, eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədri olmaqla yanaşı, Bakı Dövlət Universitetinin Hüquq fakültəsində müəllim kimi fəaliyyət göstərir./kredit.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.