Maraqlı

Azərbaycanda gəlin toyunda qayınanasının gəlinliyini geyindi - FOTO

13 Oktyabr 2025 14:24
Baxış: 765
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanlı influenser Ahu Kamranlı (Holisapiens) öz toy mərasimində qeyri-adi addımı ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, əslən iranlı bəylə ailə həyatı qurub və toylarını 90-cı illər üslubunda təşkil ediblər.

Ahu Kamranlı mərasimdə müasir gəlinlik əvəzinə qaynanasına məxsus gəlinliyi geyinib. Bu nostaljik seçim sosial mediada böyük maraq doğurub.

Toydan fotolar və videolar paylaşan influenserin paylaşımları qısa müddətdə minlərlə bəyəni toplayıb və istifadəçilər tərəfindən orijinallığına görə təqdir edilib.

Musa
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.