“Akademik Həsən Əliyev” gəmi-bərəsi istismara qaytarılıb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
AZCON Holdinq şirkətlərindən olan ASCO-nun "Akademik Həsən Əliyev" gəmi-bərəsi əsaslı təmir edilib.
Milli.Az xəbər verir ki, bu barədə ASCO məlumat yayıb.
Bildirilib ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə və yüksək keyfiyyətlə həyata keçirilib.
Təmir müddətində gəmi-bərənin sualtı və suüstü hissəsi, aşağı və yuxarı vaqon göyərtəsi, baş göyərtəsi, maşın şöbəsi və üst qurumu təmizlənərək rənglənib. Sükan və köməkçi qurğusu, hərəkət mexanizmləri təmir olunub, avar valları saz hala gətirilib, göyərtədə və maşın şöbəsində boru işləri yerinə yetirilib. Gəmi üzrə elektrik quraşdırma və avtomatika işləri görülüb.
Gəmidə rabitə və elektroradionaviqasiya sahəsinə aid müasir, yeni 1 dəst girokompas "Standard-22 NX", hava məlumatlarının qəbuledicisi "Navtex NX700" tipli avadanlıqlar quraşdırılıb, bərə 6 ədəd VHF tipli əl radiostansiyası ilə təchiz edilib.
Həmçinin gəminin GPS və komanda yayım qurğularında əsaslı təmir işləri aparılıb və tam işlək vəziyyətdə gəmi heyətinə təhvil verilib.
Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir olunub.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən Orta Dəhliz üzrə yükdaşımalara cəlb edilib. Bu çərçivədə gəminin ilk səfəri Türkmənbaşı-Bakı limanı istiqamətində baş tutub.
Gəminin uzunluğu 154,5, eni 18,3 metrdir. Tam yükgötürmə qabiliyyəti 2425 ton olan gəmi-bərəyə eyni vaxtda 32 TIR və 28 dəmiryol vaqonu yükləmək mümkündür.
Ayxan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
Qəbiristanlıqda kameraya görün nələr düşdü - FOTOlar
-
Kartdan karta səhv köçürmə etsək, pulumuzu geriyə necə ala BİLƏRİK?
-
Selçuk Bayraktarın ailəsi ilə bağlı xoş XƏBƏR - FOTOlar
-
Bu fənndən imtahan keçiriləcək
-
ÇL: “Atletiko Madrid” “Arsenal”a qarşı…
-
Azərbaycanda maaşlarla bağlı DƏYİŞİKLİK - RƏSMİ
-
Boşanma qərarı almışdı, BARIŞDILAR - VİDEO
-
Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” Azərbaycanda çəkilişlər edir - FOTO
-
Bakı metrosunda 5 GÜN iş rejimi DƏYİŞİR - Bu tarixlərdə
-
Maykl Ceksona qarşı yeni ittihamlar irəli sürüldü
-
Kiloqramı 65 manat OLDU
-
"Süni intellekt hamımızı öldürə bilər"
-
"Arka sokaklar" serialı ilə bağlı QƏRAR VERİLDİ
-
Pensiyalarla bağlı VACİB XƏBƏR
-
Polis qanunsuz saxlanılan silahlar aşkarladı
-
ABŞ-da Trampın şəkli olan pasport buraxılacaq - FOTO
-
7 körpənin öldüyü yanğın İŞİ - Direktor və rəislərə hökm GÖZLƏNİR
-
Vlahoviç “Barselona”ya pulsuz keçə bilər
-
Bu gün qeydiyyat bitir
-
Azərbaycanda soyadlarla bağlı maraqlı göstərici ortaya ÇIXDI
-
Rusiyada mədən ÇÖKDÜ: Ölənlər var
-
Konsertində hamilə olduğunu AÇIQLADI - FOTO
-
Trampın qızıl heykəli ucaldıldı





