Ölkə

Masazırda 3 bina işıqsız qalıb, qaz da yoxdur - "Soyuqdan sakinlər avtomobillərində gecələyir"

21 Yanvar 2026 14:50
Baxış: 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən axşamüstündən, daha dəqiq desək, 14:15-dən sonra Masazırda, Səyavuş Aslan küçəsi 1-dəki MTK-da (yaşadığımız binada) işıqlar sönüb. Səbəb isə transformatorun xarab olması göstərilir. 

Milli.Az xəbər verir ki, bunu tanınmış şair, jurnalist Tural Turan deyib.

Onun sözlərinə görə, binanın istiliyi elektriklə təmin olunur. Binaya qaz verilməyib.

"Gecə səhərə qədər soyuqdan donmuşuq. Oğlum Mete hazırda 38,5 qızdırma içərisində od tutub yanır.  Dünən axşamdan "Azərişıq"a zəng edirəm. Gah dedilər briqada göndəririk. Qurumun mətbuat xidmətinin rəhbəri ilə əlaqə saxladım. 
Sağ olsun, məsələni diqqətə götürdü, amma sonra verilən cavabdan bir nəticə hasil olmadı. "Azərişıq"-ın sözçüsü Vaqif müəllimin cavabını olduğu kimi təqdim edirəm: "Etiraznızı MTK ya bildirin xahiş edirəm. O bina ümumiyyətlə bizim balansa verilməyib. MTK məsuliyyəti boynundan atmaq üçün bu gün ayılıb. Zəhmət çəkib vaxtında işlərini qanuni şəkildə edərdi. Hazır olmayan, təhvil verilməyən binaya adam köçürməzlər".

Bu cavabdan sonra MTK rəhbərliyinə üz tutdum. Bildirdilər ki, təzə transformatorlar alınıb, "Azərişıq" onların xəttə qoşulması üçün on minlərlə manat rüşvət tələb edir. 

Binaya bu vaxta qədər qaz verilməməsinin səbəbini də vaxtilə FHN-nin külli miqdarda rüşvət tələb etməsi ilə əlaqələndirirdilər. Hazırda bina rəhbərliyi qaz xətlərinin çəkildiyini iddia etsələr də, ortada heç nə yoxdur. MTK-ya məxsus hər üç bina qazsızdır.
Əlqərəz, bu gecə səhərə kimu üç binanın sakinləri işıqsız qalıb. Sakinlərin bir qismi gecə səhərə qədər şəxsi avtomobillərdə gecələyiblər. Mənim kimi şəxsi avtomobili olmayanlar isə iki yorğanı üst-üstə sərərək yatıb. Böyük adam bir təhər dözə bilir, bəs xəstə azyaşlıları hara qoyursunuz?! Bu qədər biveclik, rəzillik olmaz axı... Bina rəhbərliyi "Azərişıq"-ı, "Azərişıq" da MTK-nı günahlandırır." 

Mehman Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.