Prezident İlham Əliyevin qərarına uyğun olaraq, Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə dəmir yolları ilə yük göndərişi davam edir.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə dəmir yolları ilə 18 min tondan çox taxıl daşınıb.
Qeyd edək ki, Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə taxıl daşınmasına 9 noyabr 2025-ci il tarixindən başlanılıb.
Fərid Zöhrabov
Milli.Az





