Sağlamlıq

Ağrını kəsmək istədi, qaraciyərini itirdi - FOTO

13 Oktyabr 2025 15:40
Baxış: 979
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ard-arda iki ağrıkəsici qəbul edən qız həyatının şokunu yaşayıb.

Milli.Az xəbər verir ki, Esenyurtda yaşayan 20 yaşlı Kübra Yılmazın ard-arda iki ağrıkəsici qəbul etməsi həyatı bahasına başa gəlib. Qızın qaraciyəri fəaliyyətini dayandırıb, ona orqan köçürülüb.

Qarın ağrısı səbəbindən dərman qəbul edən Kübra vəziyyətinin qəfil pisləşməsi ilə xəstəxanaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onun qaraciyəri bir neçə saat ərzində sıradan çıxıb.

"Mədə ağrım vardı, iki ağrıkəsici içdim. Sonrasını xatırlamıram, ayılanda reanimasiyada idim. Sadəcə ağrını azaltmaq istəmişdim, amma bu vəziyyətə düşəcəyimi ağlıma gətirməzdim," - deyə Kübra göz yaşları içində danışıb.

Müalicəni aparan Prof. Dr. Erdem Kınacı bildirib ki, bir çox insanlar dərmanların birlikdə istifadəsinin təhlükəsini anlamır:

"Bəzi ağrıkəsici və antibiotiklər bir-birinin təsirini artırır və bu, qısa zamanda qaraciyər iflasına gətirib çıxara bilər. Kübranın vəziyyəti çox ağır idi. Xoşbəxtlikdən orqan tapıldı və əməliyyat uğurla başa çatdı."

Həkim həmçinin özbaşına dərman qəbulunun ölümcül nəticələrə səbəb ola biləcəyini vurğulayıb.

İsmayıl
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.