Fransa prezidenti Emmanuel Makron hökumətinə qarşı verilmiş iki etimadsızlıq təklifinə baxmayaraq, istefa vermək niyyətində olmadığını bildirib.
Milli.Az xəbər verir ki, o, müxalifəti ölkədə siyasi sabitliyi pozmaqda ittiham edib və "xidmət etmək" mandatını sona qədər yerinə yetirəcəyini vurğulayıb.
"Fransa xalqı tərəfindən verilən mandatın xidmət etmək, xidmət etmək və yenə də xidmət etmək, gündəlik olaraq fransızların suallarına cavab vermək və Fransanın müstəqilliyi üçün əlimizdən gələn hər şeyi etmək olduğunu heç vaxt unutmayın. Mən sabitliyi təmin etməyə davam edəcəyəm. Vacib olan tək şey budur. Qalan məsələlər isə hökumətin işidir", - deyə Makron əlavə edib.
Makron cəmi iki il ərzində beş baş naziri dəyişib. Sonuncu baş nazir Sebasten Lekornyu cəmi 27 gün vəzifədə qaldıqdan sonra istefa verib.
Fidan
Milli.Az