Ölkə

İlkin Süleymanovun son məhkəməsi təxirə salındı

14 Oktyabr 2025 11:42
Baxış: 611
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı məhkum edilən İlkin Süleymanovun bu günə təyin edilmiş son məhkəməsi keçirilməyəcək.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, hakimlərin beynəlxalq konfransı ilə bağlı çoxsaylı tədbirlər təşkil edildiyindən bu proses təxirə salınıb.

İclasın noyabrda baş tutacağı gözlənilir.

Vəkillər Ali Məhkəməyə verdikləri kassasiya şikayətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin İ.Süleymanovun 18 il həbsə məhkum edilməsi hökmünün və onu qüvvədə saxlayan Gəncə Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən araşdırmaya qaytarılmasını istəyirlər.

Qeyd edək ki, İlkinin əsas vəkillərindən biri - Zabil Qəhrəmanovun da vəkillik fəaliyyəti 6 aylıq dayandırıldığından məhkəmədə iştirak edə bilməyəcəkdi.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.