"Fənərbağça"da heyətdən çıxarılan Kahveci əzəli rəqibə keçir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Fənərbağça" klubunun rəsmi saytında bir neçə gün öncə verilən açıqlamada komandanın iki futbolçusu - İrfan Can Kahveci və Cenk Tosunun əsas heyətdən uzaqlaşdırıldığı bildirilib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qərarın səbəbi açıqlanmasa da, hadisənin pərdəarxası detalları və futbolçunun gələcəyi böyük maraq doğurub.
İddialara görə, bu qərarın səbəbi "Samsunspor"la 0:0 hesabı ilə başa çatan görüşdən sonra yaşanan gərginlikdir. Bildirilir ki, matçın ardından İrfan Can Kahveci ilə komanda yoldaşı Archie Brown arasında mübahisə düşüb. İrfan Can oyundakı xal itkisinə görə narazılığını bildirərkən, Arçi Brovn buna sərt reaksiya göstərib.
Milli komanda düşərgəsindən zədə səbəbindən ayrılan Kahveciyə qərarın xəstəxanada olduğu vaxt bildirildiyi və futbolçunun bu xəbərdən şoka düşdüyü qeyd olunur. O, yaxın çevrəsinə məsələni ailə daxilində həll edilə biləcək bir gərginlik kimi gördüyünü, belə bir hadisənin komanda daxilində yaşanmasının normal olduğunu deyib.
.jpg)
Bununla belə, "Takvim" nəşrinin məlumatına görə, hadisədən sonra "Beşiktaş" yenidən hərəkətə keçib. Qara-ağlı klubun 30 yaşlı futbolçu ilə maraqlandığı və vəziyyəti yaxından izlədiyi bildirilir. Məlumata əsasən, "Beşiktaş" yanvar ayında İrfan Can Kahveci üçün rəsmi təklif verməyə hazırlaşır.
Hazırda futbolçunun transfer dəyəri 6 milyon avro civarındadır. O, "Fenerbahçe" ilə 30 iyun 2028-ci ilə qədər müqaviləyə malikdir. Lakin son hadisələr transferin qarşısını açan əsas amillərdən biri ola bilər.
Xatırladaq ki, yay transfer dönəmində də İrfan Can Kahveci ilə "Beşiktaş" arasında danışıqların aparıldığı iddia olunmuşdu. Həmin vaxt futbolçunun "Fənərbağça"də qazandığı illik 3 milyon avroluq maaş müqabilində "Beşiktaş" təklifinə müsbət yanaşa biləcəyi bildirilmişdi, lakin bu xəbərlər sonradan təkzib edilmişdi.
Hazırkı vəziyyətdə isə "Beşiktaş"ın bir daha İrfan Can üçün hərəkətə keçməsi Türkiyə futbolunda ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Tural
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Azərbaycanın veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu bəlli olub
-
“Qalatasaray” – “Fənərbağça” derbisini idarə edəcək hakim bəlli oldu
XƏBƏR LENTİ
-
Bu məktəbə gedib-gəlmək üçün 12 km yerimək lazımdır - (Video)
-
Taksilərin ən bahalı olduğu şəhərlər
-
"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Bəyin üzünü ilk dəfə toyda gördü: Kefi pozuldu - (Video)
-
Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...
-
“Yakışıklı mısırcı” bir reklamdan sərvət qazandı - (Foto/Video)
-
Bütün binalarda elektrik sobaları olacaq - (Video)
-
Yasamal və Abşeronda işıq olmayacaq
-
Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi
-
Parisin iki rayonunda komendant saatı tətbiq edilib
-
Günün qoroskopu: Pul xərcləyərkən daha ehtiyatlı olmalısınız
-
Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Tünzalə Ağayevanın təmtəraqlı yubileyindən (Video)
-
Can Azərbaycanı hədəf alan ifadələri şiddətlə qınayıram – Türkiyəli deputat - (Video)
-
Xırdalanda evlər ucuzlaşıb - (Video)
-
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalıb öldü
-
Zelenski müsahibə zamanı ağladı - (Video)
-
Azərbaycanda ən populyar adlar dəyişdi - Siyahı
-
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
-
Azərbaycanın bank sektorunda aktivlər artır, gəlirlər yüksəlir
-
Sabah Binəqədidə qaz olmayacaq
-
"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb
-
Media və Yayım Şurası Azərbaycan haqqında saxta məlumatların yayılmasını qətiyyətlə pisləyib
-
Nadir Qafarzadədən yaşlı sənətçilərə: "Sənət var, baş gedib"





