"Sədərək"də ADRA əməkdaşlarına hücum: Xidmət avtomobilinə ziyan vuruldu - YENİLƏNİB - VİDEO - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
12:20
Xəbər veridyimiz kimi, "Sədərək" Ticarət Mərkəzində gərginlik yaşanıb. Dövlət Reklam Agentliyinin (ADRA) əməkdaşları ticarət mərkəzində xidməti vəzifələrini yerinə yetirərkən hücuma məruz qalıblar.
Milli.Az xəbər verir ki, hadisə zamanı ADRA-ya məxsus xidməti avtomobilə də ciddi ziyan dəyib.
Mübahisənin səbəbi hələlik rəsmi açıqlanmasa da, ilkin ehtimallara görə, hadisə reklam lövhələrinin qanunsuz yerləşdirilməsi ilə bağlı yaranmış narazılıqdan qaynaqlanıb. Hüquq-mühafizə orqanları insidentlə bağlı araşdırma aparır.
Qeyd edək ki, ADRA nümayəndələri ölkə ərazisində qanunsuz reklam daşıyıcılarının müəyyən edilərək sökülməsi və bu sahədə nizam-intizamın yaradılması istiqamətində nəzarət tədbirləri həyata keçirirlər.
10:46
Dövlət Reklam Agentliyi "Sədərək" Ticarət Mərkəzində çalışan mühafizəçilərlə agentlik əməkdaşları arasında yaşanan insidentə aydınlıq gətirib.
Agentliyin Mətbuat Xidmətindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş hadisə ilə bağlı agentlik tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunmayıb.
"Mövcud qanunvericiliyə əsasən açıq məkanda reklam anlayışı və onun əhatə dairəsi mülkiyyət əsasında müəyyən olunmayıb. İstinad edilən məhkəmə qərarına gəldikdə isə həmin qərarın məzmunu reklam daşıyıcıları ilə bağlı deyil, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədardır.
Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.1-ci bəndinə əsasən agentlik açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada, həmçinin "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun 26.1-1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür.
Hazırda agentlik tərəfindən mütəmadi olaraq açıq məkandakı reklam daşıyıcılarının yenilənməsi, eləcə də həmin daşıyıcıların "Reklam haqqında" Qanununa, Nazirlər Kabinetinin müəyyən etdiyi reklam qurğularının yol kənarında yerləşdirilməsi standartlarına, reklam qurğularına aid texniki tələblərə və digər qanunvericilik aktlarına uyğunlaşdırılması istiqamətində zəruri tədbirləri görülür.
Nazirlər Kabinetinin 2016-cı il 12 dekabr tarixli 499 nömrəli Qərarı ilə təsdiq edilmiş "Reklam qurğularına Texniki Tələblər"ə əsasən reklam qurğuları şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də sanitariya norma və qaydalarının tələblərinə (o cümlədən, işıqlandırma və elektromaqnit şüalanmasına qoyulan tələblərə) uyğun layihələndirilməli, hazırlanmalı və yerləşdirilməli, təhlükəsiz istismar üçün yararlı olmalıdırlar. Həmçinin Texniki Tələblərin 2.2-ci bəndinə əsasən reklam qurğusu yerləşdirildiyi ərazinin estetik görünüşünə xələl gətirməməli, mühəndis qurğusu üzərində yerləşdirildikdə, həmin qurğunun estetik görkəmini pozmamalı, konstruktiv baxımdan davamlılığa və dayanıqlılığa mənfi təsir göstərməməlidir.
Həvalə olunmuş vəzifələrinin icrası ilə əlaqədar, Dövlət Reklam Agentliyi tərəfindən "Sədərək" Ticarət Mərkəzinin kənarında yerləşdirilən bir sıra reklam daşıyıcılarının sadalanan qanunvericilik aktlarının tələblərinə cavab vermədiyi müəyyən edilib. Xüsusi ilə vurğulanmalıdır ki, sözügedən reklamlar Ticarət Mərkəzinin daxilində deyil, yol kənarından açıq şəkildə görünən, paytaxtın əsas giriş yollarından biri yerləşən, həmçinin açıq məkana ünvanlanan sahələrdə quraşdırılıb. Həmin reklam daşıyıcılarının mövcud vəziyyəti reklam qurğularına dair müəyyən edilmiş tələblərə cavab verməməklə yanaşı, yerləşdirildikləri ərazilərin estetik görünüşünə də mənfi təsir göstərir.
Bir daha qeyd edirik ki, agentlik sahibkarların mülkiyyət hüququna hörmətlə yanaşır və bu hüququn qorunmasını vacib prinsip kimi qəbul edir. Bununla belə, ictimai məkanın estetik görünüşünün qorunması, şəhər mühitində təhlükəsizliyin təmin edilməsi və qanunvericiliyin tələblərinə riayət olunması da prioritet istiqamətlərdəndir. Bu səbəbdən, həyata keçirilən tədbirlər sahibkarlıq fəaliyyətinə müdaxilə deyil, qanunvericiliyin tələblərinin icrasına və ictimai maraqların qorunmasına yönəlmişdir", - deyə məlumatda vurğulanır.
09:48
Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzinin mühafizəçiləri Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyüblər.
Milli.Az xəbər verir ki, Dövlət Reklam Agentliyinin əməkdaşları "Sədərək" Ticarət Mərkəzində reklam lövhələrini sökmək istəyiblər. Mühafizəçilər tərəfindən təzyiqlə üzləşən Agentliyin əməkdaşları Ticarət Mərkəzindən qovulublar.
Məsələ ilə bağlı DİN-dən bildirildi ki, Sədərək Ticarət Mərkəzində tərəflər arasında yaranan insidentlə bağlı polisə müraciətlər daxil olub.
Bununla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Aysel Əkbər
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Akromeqaliya: Böyümə hormonu artıqlığının əlamətləri, diaqnozu və müalicəsi
-
Dana jambonlu sendviç resepti
-
“Bu səhvim məni 700 baldan ayırdı” - Aysu Əliyeva
-
Bakının bəzi ərazilərdə işıq olmayacaq
-
Dünyanın ən uzun gölü: Dörd ölkəni bir-birinə bağlayır
-
Bu gün Aşuradır
-
Günün qoroskopu: Özünüzə olan inamınız bu gün zirvədədir
-
Anderson Premyer Liqanın ən bahalı transferi ola bilər
-
İmtahanda ən yüksək nəticə göstərən 7 nəfər (Foto)
-
Sadiq Abbaslı bıçaqlandı (Foto)
-
Yedidən yetmişə hər kəsin sevdiyi ləzzət: Bolonez souslu makaron
-
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib (Foto)
-
Mətanət İsgəndərli: “Sanki övladını aparıblar, amma demirlər kimindir”
-
Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı ABŞ Konqresinə müraciət ünvanlanıb
-
Sarımsaqların aylarla kiflənmədən qalmasının sirri: "1 ovuc düyü"
-
"Sabah" Rumıniya klubu ilə heç-heçə etdi
-
Köp niyə yaranır və ondan necə xilas olmaq olar?
-
"Fənərbağça" Meyson Qrinvud ilə razılaşdı (Foto)
-
Kabinetdə çəkilən video İraqı ayağa qaldırdı: Rəhbər şəxslər vəzifələrindən uzaqlaşdırıldı (Foto)
-
Azərbaycan Avrasiyada nəqliyyat, ticarət və kooperasiya gündəliyinin mühüm iştirakçısına çevrilir - (Foto)
-
Şotlandiya Braziliya matçı ləngiyə bilər
-
Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı
-
Kürdəmirdə yük maşını aşıb - Xəsarət alan var
-
I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb (Foto)





