Bakıda keçmiş arvadını bıçaqlayan şəxs cəzadan azad edildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2022-ci il avqustun 30-da Yasamal rayonu ərazisində Araz İsazadənin qısqanclıq zəminində Nuridə Əhədovaya bıçaqla xəsarətlər yetirməsi faktı üzrə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) və 144.1-ci (adam oğurluğuna cəhd) maddələri ilə cinayət işi başlanıb.
İstintaq zamanı Araz İsazadə ifadəsində bildirib ki, 2012-ci ildə dayısının qızı ilə ailə qurub və bu nikahdan iki övladı dünyaya gəlib. Cütlük 2021-ci ilin iyul ayında boşanıb. Həmin ilin avqustun 31-də Araz dayısının nəvəsi Nuridə Əhədovanı Suvar rayonundan qaçıraraq Bakıya gətirib və aralarında rəsmi nikah olmadan dini kəbin kəsilib.
2022-ci il mayın 21-də səhər evdən çıxarkən Nuridə normal şəkildə onunla sağollaşıb, lakin gün ərzində qadın evə qayıtmayıb. Araz evdə Nuridənin yazdığı bir qeyd tapıb. Qeydində qadın onun tərəfindən döyülməsi, söyülməsi və toy edilməməsi səbəbindən ayrıldığını yazıb.
Avqustun 26-da Araz avtomobili ilə hərəkətdə olarkən Nuridəni tibb mərkəzindən çıxarkən görüb və onu izləyərək harada yaşadığını müəyyən edib. Avqustun 30-da səhər saat 9 radələrində qadının iş yerinin qarşısına gələrək onu görüb. Nuridənin yanında bir nəfər kişi olub. Araz maşından düşərək qadını zorla avtomobilə mindirib. Hərəkət zamanı Nuridə qapını açaraq yola atılıb. Araz maşını saxlayaraq bıçaqla onun üstünə çıxıb və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirib.
Cinayəti törətdikdən sonra hadisə yerindən uzaqlaşıb, lakin bir qədər sonra geri qayıdıb. Bu zaman yol-patrul xidmətinin əməkdaşları onu saxlayaraq 27-ci Polis Bölməsinə təhvil veriblər.
Zərərçəkmiş Nuridə Əhədova ifadəsində bildirib ki, Araz İsazadə özünü yalandan psixi xəstə kimi təqdim edir, əslində isə etdiyi hərəkətləri dərk edib.
Məhkəmə-psixiatriya ekspertizasının rəyinə görə, Araz İsazadə cinayət əməlini törədən zaman travma mənşəli şəxsiyyət pozuntusundan əziyyət çəkib və anlaqsız vəziyyətdə olub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Araz İsazadə cinayəti anlaqsız vəziyyətdə törətdiyi üçün Cinayət Məcəlləsinin 21-ci maddəsinə əsasən cəzadan azad edilib. Onun barəsində Binəqədi Rayon Psixiatriya Xəstəxanasında tibbi xarakterli məcburi müalicə tədbiri təyin olunub. /Baku TV
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Xalası oğlunu bıçaqladı, arvadını öldürdü: Qısqanclığa görə baş verən qətlin təfərrüatı
-
Türkiyədə ölü tapılan müəllimin səs yazısı tapıldı - VİDEO
-
Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü
-
Bakıda restoranda 5000 dollarlıq oğurluq
-
“Sədərək”də biznesmeni bıçaqladılar
-
Türkiyədə 10 illik cinayətin üstü açıldı: Rəqqasənin qatilləri tapıldı - VİDEO
XƏBƏR LENTİ
-
Gündə 6 saatdan çox oturanlar diqqət: Ürək xəstəliyi riskini artırır
-
Qarğıdalı seçərkən ən dadlısını tapmağın sirləri
-
Alimlərdən yeni kəşf: Ağ saçlar xərçəngdən qoruyur
-
Kenan Doğulu narkotik testinin müsbət çıxmasına aydınlıq gətirdi
-
BMT-də Azərbaycanın humanitar yardım alan ölkədən donor ölkə statusuna keçdiyi qeyd olunub
-
Dünyanın ən hündür binası taxtdan endirilir: "Ciddə Qülləsi" həftədə 4 metr yüksəlir
-
Yasamalda küçədə bıçaqlanan şəxs dünyasını dəyişdi (Foto)
-
İstanbulda qatar relsdən çıxdı, xəsarət alanlar var - Yenilənib (Foto)
-
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
-
Tramp: Hörmüz boğazını hərbi yolla açmaq mümkün olmazdı
-
Erdem Kaynarca TRT-nin serialından qovuldu
-
Yol tikintisində yeni dövr: Şüşə qırıntıları asfalta qarışdırılacaq
-
Nadir Qafarzadə ailəsi ilə istirahətdə - FOTO
-
Günün qoroskopu: İntuisiyanız bu gün sizə yol göstərəcək
-
Laçin Ceylan "Kızılcık şerbeti"ndə - (Foto)
-
Azərbaycanda təhsildən yayınan şagirdlərin sayı açıqlandı
-
"Qalatasaray"da Virgil van Dayk üçün geri sayım
-
Donald Tramp: "Venesuela ABŞ-nin 51-ci ştatı ola bilər"
-
İngiltərədə qatarlar toqquşdu
-
Culfa sakini dəm qazından ölüb
-
Mingəçevirdə qaz olmayacaq
-
Dənizkənarı Milli Parkda dənizdə batma təhlükəsində olan şəxs xilas edilib
-
DÇ-2026-nın ən yaraşıqlı futbolçuları açıqlandı
-
"Dr.Gülü"dən yeni şikayət - "Tikişi bağlamayıblar" - (Video)





