Ölkə

Ata-qız imtahanda yüksək bal yığdılar

26 İyun 2025 19:36
Baxış: 701
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində iştirak edən ata və qızı yüksək nəticə əldə edib.

Fizika fənnini tədris edən Siyasət İsayev imtahandan 57 bal toplayıb.

O, Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksində və R.Mikayılov adına Bəydili kənd tam orta məktəbində çalışır.

S. İsayevin övladı Ulduzə İsayeva da fizika fənni üzrə 55 bal toplayıb. U.İsayeva Biləsuvar rayonu M.Piriyev adına tam orta məktəbində çalışır.

Qeyd edək ki, hər iki şəxs Biləsuvar şəhəri Nizami Gəncəvi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış mərkəzdə imtahan veriblər. (report)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.