Rusiya

Zaxarova Azərbaycana təşəkkür etdi

26 İyun 2025 21:48
Baxış: 620
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 14-dən indiyədək İrandan Azərbaycan, Ermənistan və Türkmənistan vasitəsilə 900-ə yaxın Rusiya vətəndaşı təxliyə edilib.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Rusiya XİN sözçüsü vəziyyətin gərginləşdiyi bir vaxtda rusiyalılarım İran və İsraili tərk etməsinə şərait yaradan ölkələrə, o cümlədən Azərbaycana bir daha təşəkkür edib.

Qeyd edək ki, İsrailin İrana raket hücumları başlayandan bu ölkədə olan Rusiya vətəndaşlarının əksəriyyəti Azərbaycanın İranla sərhəddəki "Astara" sərhəd-nəzarət buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub. /apa

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.