ABŞ-nin milyarder iş adamı Ceff Bezosun Venesiyada keçirdiyi toy tədbiri şəhərdə narazılıq və etirazlara səbəb olub.
İyunun 24-26 tarixlərində baş tutan mərasimin əvvəlcə "Scuola Grande della Misericordia" sarayında təşkil olunması planlaşdırılsa da, artan etirazlar və təhlükəsizlik səbəbindən tədbir Venesiyanın "Arsenal" bölgəsində keçirilib.
"Bezos üçün yer yoxdur" adlı hərəkatın fəalları şəhərdə çoxsaylı nümayişlər keçirərək, kanalda Bezosun manekenini üzdürüb və müxtəlif şüarlar yazılmış bannerlər qaldırıblar. Onlar tədbirin Venesiyanın turizm yükünü artırdığını və kommersiyalaşmasına xidmət etdiyini bildirirlər.
Bununla belə, Venesiya şəhər hakimiyyəti toy mərasiminin icazəli olduğunu və şəhərin normal həyatına ciddi təsir göstərməyəcəyini açıqlayıb. Tədbirə təxminən 200 qonağın dəvət olunduğu bildirilib.
İtaliyanın Venesiya şəhərində keçiriləcək toy hazırlıqları çərçivəsində tarixi məkanlar, məşhur otellər və şəhərin bir çox hissəsi turistlər üçün bağlanılıb.
İsmayıl
Milli.Az