Rusiya

Azərbaycanlılar Rusiyanın bu vilayətindən deportasiya olundu

24 İyun 2025 10:38
Baxış: 1 956
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu ilin əvvəlindən Rusiya Federasiyasının Həştərxan vilayəti üzrə Federal Məhkəmə İcraçıları Xidməti ölkədə qeyri-qanuni qalan 180 əcnəbi vətəndaşın deportasiya prosesini yekunlaşdırıb.

Milli.Az Rusiya mətbuatına istinadla xəbər verir ki, məhkəmə qərarına əsasən, Gürcüstan, Ermənistan, Belarus, Özbəkistan, Tacikistan, Türkmənistan, Qazaxıstan, Azərbaycan və Qırğızıstan vətəndaşları Rusiya Federasiyasının miqrasiya qanunvericiliyini pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli biliniblər.

Həmin şəxslər əvvəlcə Rusiya Daxili İşlər Nazirliyinin Həştərxan vilayəti üzrə Baş İdarəsinin müvəqqəti yerləşdirmə mərkəzində saxlanılıb, daha sonra məhkəmə icraçıları tərəfindən sərhəd buraxılış məntəqələrinə çatdırılaraq sərhəd xidmətinə təhvil verilib.

Deportasiya edilənlərin hamısı ölkədə qalma şərtlərini və sərhədi keçmə qaydalarını pozduqları üçün cərimə olunaraq məcburi şəkildə ölkədən çıxarılıblar.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.