Dünya

Toy faciəyə çevrildi - Gəlin və bəy yaralandı - ANBAAN VİDEO

24 İyun 2025 13:56
Baxış: 1 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Dolqoprudnı şəhərində keçirilən toy mərasimi faciə ilə nəticələnib.

Milli.Az xəbər verir ki, hadisə ilə bağlı SHOT Telegram kanalı məlumat yayıb.

Toy zamanı pirotexniki vasitənin qəfil partlaması nəticəsində bəy və gəlin daxil olmaqla bir neçə qonaq yanıq xəsarətləri alıb. 

Görünən odur ki, planlaşdırılan atəşfəşanlıq düzgün icra olunmayıb. Pirotexniki qurğunun nasazlığı səbəbilə alovlu partlayış baş verib və alov birbaşa mərasim iştirakçılarına dəyib. Bildirilir ki, gəlinin saçı və gəlinlik paltarı da alışıb.

Zərərçəkənlərin sözlərinə görə, məsul pirotexniki mütəxəssis hadisə yerinə təxminən 1,5 saat gecikib və texnikanı tələsik şəkildə quraşdırıb. Hadisəyə görə məsuliyyət daşıdığı iddia edilən mütəxəssis isə ittihamları rədd edir.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.